XƏBƏRLƏR

32 nömrəli məktəbdə açıq dərs keçirilib

10 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsində (ingilis dili ixtisası üzrə) təhsil alan Gülşən İsmayılovanın Bakının Nizami rayonunda yerləşən Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbinin 6c sinfində açıq dərsi baş tutub.

Şagirdlər açıq dərsdə  fəallıq göstəriblər. Dərsin sonunda G.İsmayılova şagirdlərlə birlikdə məktəbin həyətində şam ağacı əkiblər. O, eyni zamanda təbiətin və ətraf mühitin qorunması ilə bağlı şagirdlərlə söhbət aparıb. Şagirdlər illər sonra hər dəfə ağaca baxarkən bu unudulmaz günü xatırlayacaqlarını söyləyiblər.

Təlimdə innovasiyalar kafedrasının müəllimi Türkan Abbasova dərsin təşkil olunmasında öz dəstəyini əsirgəməyən məktəb direktoru Sevda Abdullayevaya öz təşəkkürünü bildirib.

Bununla yanaşı T.Abbasovanın təşəbbüsü ilə təcrübəçi tələbələr 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı püşkatma ilə seçdikləri tələbəyə kitab hədiyyə ediblər.