XƏBƏRLƏR

ADU-da şifahi tərcümə müsabiqəsi keçirilib

10 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə fakültədə tədris olunan 6 ixtisas üzrə şifahi tərcümə müsabiqəsi keçirilib. İxtisasların müxtəlifliyini nəzərə alaraq müsabiqə 6 bölmə üzrə fərqli auditoriyalarda təşkil edilib.

Münsiflər heyətinin qeydlərinə və tələbələrin səsverməsinə əsasən I yerə ingilis ixtisası üzrə Aidə Hüseynova, fransız ixtisası üzrə Cəmilə Xaspoladova, Koreya ixtisası üzrə Günel Abasova, italyan ixtisası üzrə Sevda Abbasova, ispan ixtisası üzrə Validə Seyfullayeva və alman ixtisası üzrə Lalə Qazıyeva layiq görülüb.

1-ci yerləri tutan tələbələr ADU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən pul mükafatı ilə təltif olunub, 2-ci və 3-cü yerləri tutan tələbələr isə həvəsləndirici sertifikatlarla mükafatlandırılıblar.