XƏBƏRLƏR

ADU tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

30 may, 2019

Vətənimiz Azərbaycan 1918-ci ilin ən böyük vandalizmini yaşadı. Bu tarixdə öz xüsusi yerini alan 31 mart soyqrım günüdür. Bəşəriyyətin, xüsusi ilə də, Azərbaycan xalqının ən acı həqiqəti olan bu tarix hər bir vətəndaşın qan yaddaşıdır. Erməni daşnak qüvvələrinin törətdikləri bu qətliama ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən real və siyasi qiymət verilib. 1998-ci 26 mart tarixli fərmanla 1918-ci il hadisələrini soyqırımı kimi qiymətləndirib.

Azərbaycanın müxtəlif bölgələrində - Şamaxı, Xaçmaz, Lənkəran, Quba, Salyan və digər bölgələrdə azərbaycanlılara qarşı soyqırımı törədilib. Rəsmi mənbələr göstərir ki, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Eləcə də Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının baş müəllimi Qəribə Əlizadənin başçılığı altında universitetinin Təhsil fakültəsinin 110 A, B, 111 A, B, 212 A, B qruplarının tələbələri olaraq Qubaya səfər etdik. Səfər zamanı ilk növbədə muzeyə ziyarət edib, müəlliməmiz  tərəfindən hadisə ilə bağlı zəruri məlumatlar aldıq. Sonrakı mərhələdə isə soyqırımı məzarlığını ziyarət etdik və Azərbaycan Respublikasının dövlət himnini səsləndirdik.

Elmira Nəsirova, Təhsil fakültəsinin tələbəsi