Pedaqogika kafedrasının məktəblərdə tədbirləri davam edir
30 aprel, 2019

Pedaqogika kafedrasının baş müəllimi Təranə Əliyevanın təşkilatçılığı ilə 240 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilib. 413 A və 424 A qrup tələbələri Türkanə Niftəliyeva, Yusif Qafarov, Şəhla Abdullayeva və İlahə Qənbərli zərərli vərdişlərlə bağlı yuxarı sinif şagirdlərinə narkomaniyanın tarixi, göstəriciləri, yayılması, fəsadları, müalicəsi haqqında geniş məlumat verib, video-rolik nümayiş olunub.
Tədbirdə baş müəllm Mirsadiq Cəfərov, dosent Ceyhun Əliyev, Pedaqogika kafedrasının baş müəllimi Təranə Əliyeva çıxışlar ediblər.





