XƏBƏRLƏR

“Hindistanın ənənəvi çayı” adlı tədbir keçirilib

26 aprel, 2019

Hindi dili və mədəniyyəti mərkəzində “Hindistanın ənənəvi çayı” adlı tədbir keçirilib. Tədbirdə  Hindistanşünaslıq ixtisasında oxuyan tələbələr və universitetin müəllimləri iştirak ediblər. İştirakçılara Hindistanda olan müxtəlif cür çaylar və onların hazırlanma metodları haqqında məlumat verilib.

Qeyd olunub ki, Hindistanda çay reseptləri çoxdur.  Əhali daha çox südlü çayı sevir. Hansı ki, həmin çaya zəncəfil, hil və mixək qatılır. Dükanlarda , yollarda və s. yerlərdə yalnız südlü , ədviyyatlı çay satılır.