XƏBƏRLƏR

ADU-da “Heydər Əliyevin müəllim peşəsinə və əməyinə münasibəti” mövzusunda tədbir keçirilib

26 aprel, 2019

Aprelin 26-da Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyevin müəllim peşəsinə və əməyinə münasibəti” mövzusunda tədbir keçirilib.

Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri, dosent Şaban Şabanov ulu öndər Heydər Əliyevin fenomen yaddaşa, hərtərəfli bilim və dünyagörüşə, unikal istedada, dövlət quruculuğunda yüksək peşəkarlığa, insanlarla ünsiyyətdə səmimiyyətə və xoş rəftara malik olduğunu diqqətə çatdırıb.

Ş.Şabanov ulu öndərin müəllim və müəllimlik peşəsinə verdiyi dəyərdən söz açıb, onun müəllimə olan münasibətinin canlı şahidi olduğunu söyləyib və 70-ci illərdə ADU-da işləmiş əməkdаr müəllim Lətif Hüseynzadənin əməyinə verdiyi yüksək qiymətdən danışıb.

Kafedra müdiri ulu öndərin müəllim və müəllimlik peşəsi haqqında dediklərindən kitab hazırlamağın mümkünlüyünü bildirib: “Ulu öndər müəllimi milli sərvət hesab edirdi”.

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova ulu öndər Heydər Əliyevlə olan görüşlərindən xatirələrini bölüşüb, 1976-cı ildə məhz  onun təklifi ilə Lomonosov adına Moskva Dövlət Universitetinə göndərildiyini və orada təhsil aldığını bildirib.

Kafedranın professoru Dilarə İsmayılova ümummilli liderin Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşdığını, onların maddi rifah halının qayğısına qaldığını deyib.

Sonra kafedranın baş müəllimləri Aytən Seyidova “Heydər Əliyev və Azərbaycan təhsili”,  Elvina Baxışova “Heydər Əliyev və Azərbaycanda elm”, Sevda Abuzərli “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda çıxış ediblər.

Sonda videoçarx nümayiş olunub.