XƏBƏRLƏR

“Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri” mövzusunda tədbir keçirilib

26 aprel, 2019

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində Pedaqogika kafedrası ADU tələbələrinin təcrübə keçdiyi orta məktəblərdə “Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri” mövzusunda silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də 83 nömrəli məktəb-liseydə baş tutub.

Tədbir Təhsil fakültəsi, İngilis dili müəllimliyi, 425B qrup tələbələri (Vüsalə Hacıyeva, Sənan Nəbiyev, Aynur Məmmədova, Xuraman Məmmədova, Fatimə İsmayılzadə) və eləcə də həmin məktəbdə pedaqoji təcrübə keçən 423A və 407B qrup tələbələrinin fəal iştirakı ilə təşkil olunub. Tələbələr şagirdlərə siqaret çəkməyin, alkoqollu içkilərə və narkotik vasitələrə aludəçiliyin insan həyatına vurduğu zərərlər haqqında geniş məlumat verib, onları bu cür zərərli vərdişlərdən uzaq durmağa səsləyiblər.

Tədbirdə məktəbin direktoru Nəbi Mahmudov və məktəbin pedaqoji idarə heyəti, eyni zamanda ADU-nun Pedagogika kafedrasının müəllimi pedaqoq Səkinə Hacıyeva, metodist Lalə Rzayeva, Əlavə təhsil və pedaqoji təcrübə fakültəsinin əməkdaşı Gözəl Məmmədova da iştirak edib.