XƏBƏRLƏR

Cocuq Mərcanlı məktəbinin direktoru və şagirdləri ADU-nun qonağı olublar

19 aprel, 2019

Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və şagirdləri Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar. Qonaqları salamlayan ADU-nun rektoru akademik Kamal Abdulla onların universitetə gəlişindən şad olduğunu bildirib. Məktəbin direktoru Zamin Həziyev ADU tələbələrinin rəhbərlik etdiyi təhsil ocağındakı uğurlu pedoqoji təcrübəsindən danışıb. O, faydalı və xeyirxah təşəbbüsünə görə akademik Kamal Abdullaya, o cümlədən layihə iştirakçılarına öz təşəkkürünü bildirib. Z. Həziyev deyib ki, ADU-nun hədiyyə etdiyi avadanlıqlar vasitəsilə məktəbdə yaradılan xarici dil kabineti xarici dilin tədrisində daha səmərəli fəaliyyət göstərəcək. Görüşdə şagirdlər universitetlə bağlı öz təəssüratlarını bildiriblər.