XƏBƏRLƏR

ADU-da “Tarix bugünün gözü ilə” adlı dəyirmi masa keçirilib

18 aprel, 2019

Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Tarix bugünün gözü ilə” adlı dəyirmi masa keçirilib.

Fakültə üzrə TEC sədri, 343a qrup tələbəsi Nübar Rəhimova həyata keçirilən layihələr haqqında məlumat verib.

Fakültənin tələbələrinin tarix haqqında fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra fakültənin dekanı dosent İbrahim Kazımbəyli tələbələrin tarixə, elmə olan maraqlarını yüksək qiymətləndirib. Tələbələrin ideyaları əsasında baş tutan tədbirin təqdirəlayiq hal olduğunu söyləyib. Dekan rəhbərlik etdiyi fakültə haqqında məlumat verərək fakültənin gələcəyin diplomatlarını yetişdirdiyini qeyd edib.

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 154b qrup tələbəsi Əhməd Alıyev “Yunan-İran müharibəsi”, 345a qrup tələbəsi Rəhilə Abdullayeva “ABŞ-ın yaranması”, 241-ci qrup tələbəsi Sevinc Əliyeva “Sevr müqaviləsi”, 347-ci qrup tələbəsi Əlibala Hüseynov “Berlin Divarı”, magistratura üzrə 332-ci qrup tələbəsi Ramil Abdullayev “İvakura Missiyası” mövzularında çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.