“Heydər Əliyev Azərbaycan dilinin hamisi kimi” tədbiri keçirilib
17 aprel, 2019
Filologiya və jurnalistika fakültəsinin nəzdində olan Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev Azərbaycan dilinin hamisi kimi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə professor Adil Babayev açıb, daha sonra kafedranın dosentləri Afət Cəfərova, Əqidə Axundova, Sitarə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Ofelya Babayeva mövzu ilə əlaqədar öz fikirlərini bildiriblər.
Tələbələrdən Filologiya və jurnalistika fakültəsinin III kurs tələbəsi Kəmalə Məmmədova mövzuyla bağlı çıxış edib.
Tədbir müəllim və tələbələrin müzakirəsi ilə başa çatıb.