XƏBƏRLƏR

Gənclər Festivalının iştirakçıları müəyyən edilib

10 aprel, 2019

Aprelin 8-də Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə seçki komisiyasının qərarı ilə, FUA-nın, Plovdiv Tibb Universitetinin və Bolqarıstan Fransız İnstitutunun dəstəyi ilə Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan Gənclər Festivalının iştirakçıları müəyyən edilib.

Azərbaycandan seçilən bu ilki qaliblər Bəyaz Hüseyn (Magistr I kurs) və Lalə Rüstəmli (III kurs bakalavr, təhsil fakültəsi) olub. Azərbaycan Dillər Universitetinin hər iki tələbəsini təbrik edir  və inanırıq ki, ölkəmizi bu festivalda layiqincə təmsil edəcəklər.

Bu festivalın keçirilməsində əsas məqsəd Avropanın fransızdilli tələbələrini bir araya gətirmək, onların milli-mədəni dəyərləri ilə tanış olmaq, fransız dilində müxtəlif fəaliyyətlərdə iştiraklarını təmin etmək və xüsusi ilə də tələbələrin beynəlxalq frankofoniya anlayışını gücləndirməkdir.

Bundan başqa, digər uğurumuz isə Fransanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə 3 aprel 2019-cu il tarixində təşkil olunan İmla müsabiqəsində ADU-nun Təhsil fakültəsinin 4-cü kurs tələbəsi Səriyyə Salmanzadə 1-ci yeri tutaraq Fransaya bir həftəlik səyahət qazanıb.

Le 8 avril, la Commission de sélection de l’Agence Universitaire de la Francophonie en ECO ont détérminé la liste des participants à l'édition 2019 du Festival des étudiants francophones d'Europe centrale et orientale organisé à Plovdiv, par l'Agence universitaire de la Francophonie en ECO (AUF ECO), l'Université de Médecine de Plovdiv et l'Institut français de Bulgarie (IFB) . Les gagnantes de l’Universités des Langues d’Azerbaïdjan pour la participation au Festival sont Bayaz HUSEYIN ( Master I) et Lala RUSTAMLI (3ème année, faculté d’éducation). Félicitations à toutes les deux gagnantes et nous ésperons qu’elles repéresenteront dignement notre pays à ce Festival. L’objectif principale de l’organisation de ce Festival est de réunir les étudiants francophones, de connaître leurs valeurs nationales et culturelles, d’assurer leurs participations à des activités diverses  et en particulier, de renforcer leurs connaissances internationales francophones. En outre, Sariyya SALMANZADA, Étudiante francophone de 4ème année de l’Université des Langues d’Azerbaïdjan a remporté le premier prix (un voyage en France) du concours de la “Dictée francophone”, organisé à l’initiative de l’Ambassade de France en Azerbaïdjan le 3 avril 2019.