XƏBƏRLƏR

Aprel döyüşləri mövzusunda dəyirmi masa keçirilib

08 aprel, 2019

Tərcümə fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Aprel döyüşləri mövzusunda dəyirmi masa keçirilib. Tədbirin həyata keçirilməsində Tərcümə fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri Aidə Hüseynova, sədr müavinləri Nigar Yəhyazadə və Nərmin Kərimova, Tərcümə fakültəsinin 360b qrup tələbəsi Xəyalə Rzayeva fəal iştirak ediblər.

Əvvəlcə tələbələr öz çıxışlarında aprel döyüşləri ilə bağlı ümumi məlumat veriblər, daha sonra qonaqlar və tələbələrlə həmin döyüşlər haqqında müzakirələr aparılıb.

Dəyirmi masada Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov, həmin kafedranın müəllimi, Təhsil fakültəsi dekanlığının tədris işləri üzrə dekan müavini, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Mustafayev  iştirak edib və aprel döyüşləri haqqında öz fikirlərini bölüşüblər.