"Beynəlxalq münasibətlərin aktual problemləri" mövzusunda Respublika elmi konfransı keçiriləcək
05 aprel, 2019


AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
Beynəlxalq münasibətlərin aktual problemləri
mövzusunda Respublika elmi konfransı
Hörmətli həmkarlar! 25 oktyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlərin aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir. Konfransın bölmələri :- Heydər Əliyev irsi və Beynəlxalq münasibətlər
- Beynəlxalq münasibətlər: tarix və müasirlik
- Beynəlxalq və regional təhlükəsizlik problemləri
- Beynəlxalq sosial-iqtisadi və mədəni-humanitar əlaqələr
- Azərbaycan Beynəlxalq münasibətlər sistemində
- müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
- təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
- tezislərin adı – 14 pt, tünd rəng, ortadan;
- tezislərin həcmi – 1-3 səhifə
- açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;
- tezislər Times New Roman şrifti, 12 pt ilə;
- yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
- sətirlərarası məsafə (interval) –1,5 sm;
- ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir: mənbələr kvadrat mötərizədə göstərilir , ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür.
- tezislər elektron və ya kağız variantda təqdim olunmalıdır;
- 25 iyundan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.
İştirakçının adı, atasının adı, soyadı, elmi dərəcəsi, elmi adı | |
Təmsil etdiyi müəssisə, şəhər | |
Iştirak forması (qiyabi və ya əyani) | |
Telefon nömrəsi, elektron ünvanı |