XƏBƏRLƏR

ADU-nun tələbələri Miniatür Kitab Muzeyində olublar

04 aprel, 2019

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Nərgiz Seyidovanın təşəbbüsü ilə fakültənin III kurs tələbələri Miniatür Kitab Muzeyində olublar. Amerikaşünaslıq ixtisası üzrə təhsil alan 345b qrupunun tələbələri fransız dili fənnini tədris edən V.Əliyeva ilə birlikdə muzeyə baxış keçirilib.

Muzey bələdçisi bildirib ki, Miniatür Kitab Muzeyi dünyada yeganə muzey kimi “Ginnesin rekordlar kitabı”na düşüb. O, muzeyin şəxsi olduğunu və Zemfira Salahovanın təşkilatçılığı ilə fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bələdçi muzeyin filiallarının Naxçıvan, Şəki və Gəncə şəhərlərində də fəaliyyət göstərdiyini sözlərinə əlavə edib.

Mindən çox müxtəlif dillərdə yazılmış, müxtəlif dövrlərə aid və fərqli ölçülərdə tərtib olunan miniatür kitablar tələbələrin böyük marağına səbəb olub. Sonda tələbələr muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.