XƏBƏRLƏR

ADU-da 31 mart soyqırımına həsr olunan maarifləndirici tədbir keçirilib

28 mart, 2019

Martın 28-də Azərbaycan Dillər Universitetində Psixologiya kafedrasının müəllimi Könül Haqverdiyeva və Filologiya və jurnalistika fakültəsinin 134 A, 134 B qrup tələbələrinin təşəbbüsü ilə 31 mart soyqırımına həsr olunan maarifləndirici tədbir keçirilib.

Tədbirdə təqdimatla çıxış edən tələbələr 31 mart soyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi soyqırım törədildiyini, soyqırımı nəticəsində dinc əhalinin kütləvi surətdə qətlə yetirildiyini, kəndlərin yandırıldığını və milli mədəniyyət abidələrinin məhv edildiyini diqqətə çatdırıblar. Bununla yanaşı ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə mart hadisələrinin dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu bildirilib.

Tədbirdə tələbələr 31 mart soyqırımı ilə yanaşı 20 yanvar faciəsi və Xocalı faciəsi haqqında təqdimatla çıxış ediblər.