XƏBƏRLƏR

Dil və Tərcümə Xidmətləri Mərkəzinin sertifikatları təqdim edilib

19 mart, 2019

Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin İngilis dili kafedrasının müəllimləri üçün təşkil olunmuş TKT təlimində iştirak edən müəllimlər rəsmi sertifikatla təltif ediliblər. Bu təlimdə iştirakçılar ilk növbədə peşəkar sahədə biliklərini artırırlar. Eyni zamanda, TKT müəllimlik peşəsinə başlayanlar üçün də gərəkli təlimdir. Belə ki, TKT gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir. Təlimin üstünlüklərindən biri də sonda iştirakçıların beynəlxalq sertifikat əldə etmək imkanıdır.