ADU-da “XXI əsrin astanasında terrorizm problemi” mövzusunda dəyirmi masa keçirilib
15 mart, 2019
Martın 15-də Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə “XXI əsrin astanasında terrorizm problemi” mövzusunda dəyirmi masa keçirilib.
Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində təhsil alan tələbələr üçün keçirilən tədbirdə terrorizmin yaranma tarixi, inkişaf mərhələləri və müasir təhlükə mənbəyi sayılan kiberterrorçuluq, onun fəsadları haqqında geniş məlumat verilib.