XƏBƏRLƏR

Tələbələr "Novruz çərşənbələri" mövzusunda dərs keçiblər

14 mart, 2019

Nəsimi rayon 240 saylı məktəbdə Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Gülnarə Hacıyevanın rəhbərliyi ilə pedaqoji təcrübə keçən 413a qrup tələbələri - Nuranə Mirzəyeva, İlhamə Şükürova, Zeynəb Bağırzadə fənn müəllimi Yaqut Məhərrəmovanın iştirakı ilə "Novruz çərşənbələri" mövzusunda IV a sinfində dərs nümayiş etdiriblər.

Təcrübəçi tələbələr bayram haqqında təqdimat hazırlayaraq dərsi müxtəlif çalışmalar vasitəsilə şagirdlər üçün daha maraqlı şəkildə keçiriblər. Rəngarəng geyimlərdə olan şagirdlər dərs boyu fəallıq nümayiş etdirib,  bayram şirniyyatları, səməni haqqında  maraqlı məlumatları ingilis dilində şagirdlərin nəzərinə çatdırıblar.