XƏBƏRLƏR

Tələbələrin rektora təşəkkürü

11 mart, 2019

Bir çox universitetlərin yataqxanaları mövcuddur. Lakin Azərbaycan Dillər Universitetinin yataqxanası istər şərait, istərsə də tələbəyə göstərilən diqqət və qayğı cəhətdən digərlərini kölgədə qoymağı bacarıb. Bunun əyani sübutu universitetimizin rektoru akademik Kamal Abdullanın 8 mart münasibətilə tələbə qızlara böyük hədiyyəsi oldu. Belə ki, Kamal Abdulla tələbələrin ailə vəziyyətini nəzərə alaraq, onları 1 aylıq ödəniş haqqından azad edib. Bundan əlavə, yataqxanaya 14 ədəd tort göndərilib. Bu hədiyyələrin maddi cəhəti bir yana qalsın, mənəvi cəhəti biz tələbələri çox sevindirir.

Rektorumuz Kamal Abdullaya həm öz adımdan, həm də yataqxanada məskunlaşan digər tələbələrin adından böyük təşəkkürlərimizi bildiririk. Bu dəstək, göstərilən diqqət və qayğı həqiqətən bizi çox sevindirir.  Kamal Abdulla başda olmaqla, bu mövzuda əməyi keçən hər bir kəsə ayrı-ayrılıqda minnətdarlığımızı bildiririk.

 

Filologiya və Jurnalistika Fakültəsinin tələbəsi Gülsüm Quliyeva