XƏBƏRLƏR

ADU-da “Women Social Business Day" tədbiri keçirilib

06 mart, 2019
Azərbaycan Dillər Universitetində “Düşün və Yarat" layihəsi çərçivəsində “Women Social Business Day" tədbiri baş tutub. Tədbir “Sosial Biznes Gənclər Mərkəzi” ilə birlikdə keçirilib. Spikerlər - "Human Foundation" platformasının təsisçisi Fəridə Əskərzadə, Kanada və Keniyada keçirilən sosial sahibkarlıq proqramlarının məzunu Nərgiz Əskərova, "EduHub" platformasının təsisçisi Gülnarə İsmayılova, Talent Port platformasının təsisçisi Nazənin Cavadova şəxsi sosial biznes hekayələri, sosial sahibkarlıq anlayışının biznesdən fərqli olan cəhətləri, kiçik sərmayədən başlayan və hal-hazırda möhtəşəm uğurlara imza atan biznesləri haqqında çıxış ediblər.
Sonda isə çıxışçılar tələbələrin suallarına cavab veriblər.