XƏBƏRLƏR

Ağdam məktəbində “Çini tanıyaq” tədbiri keçirilib

06 mart, 2019

Martın 4-də Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbində "Çini tanıyaq” tədbiri keçirilib. Görüşdə ADU-nun tələbələri və Çinin Konfutsi İnstitutunun müəllimi iştirak edib.

Səfərdə məqsəd Ağdam məktəbində pedaqoji təcrübə keçən müəllim və tələbələrlə görüşmək, onların pedaqoji fəaliyyəti ilə maraqlanmaq və məktəbdə hazırlanmış "Çini tanıyaq" adlı tədbirdə iştirak olub.

ADU nümayəndələri təcrübənin gedişindən və tədbirin keçirilməsindən məmnunluğunu bildiriblər.

Tədbirin hazırlanmasında pedaqoji təcrübənin metodisti Mirsadiq Cəfərov və təcrübəçi tələbələrdən olan Güllər Məmmədova, eləcə də məktəbin şagirdləri fəal iştirak ediblər. Sonda Çin nümayəndəsi və məktəbin rəhbərliyi öz ürək sözlərini deyərək, tədbir iştirakçılarına təşəkkür edib.

Universitetin kollektivi məktəbə printer ləvazimatı və tədbirdə fərqlənən şagirdlərə hədiyyələr təqdim ediblər.