XƏBƏRLƏR

ADU-da "Qədim Praqanın əfsanələri və tarixi" fotosərgisinin açılışı keçiriləcək

04 mart, 2019

Daşlardan yığılmış küçələri, işıq saçan fənərlərin uzun kölgələri, müxtəlif rəngli yarpaqlarla oynayan külək və qotik kilsələrin qaranlıq siluetləri... Bunların hamısı qədim və mistik Praqadır, min illik tarixindən yaranmış saysız əfsanələrlə dolu şəhər. Bu şəhərin hər binası, küçəsi, tini müxtəlif mifik canlılar, ruhlar haqqında sehrli hekayələri qoruyur.

Çex tarixşünaslarının çoxu inanır ki, qədim Praqanın əfsanələri və möcüzəli nağıllarının əsasında həqiqi əhvalatların kökünü tapmaq olar. Praqada baş verən inanılmaz əhvalatlar insanların yadında qalıb, dəfələrlə nəsildən nəsilə danışınıb, sonra kağıza yazılıb əfsanələrə dönürdülər. Həqiqi əhvalatların əsasında yaradılmış əfsanələr şəhərin tarixini və qədim vaxtlarında yaşadığı hisslərini bizə çatdırırlar.

Gecə vaxtı, qədim şəhərinin daşdan yığılmış dar küçələrini qaranlıq örtəndə və bizim yolumuzu ancaq küçə fənərləri işıqlandıranda, həmin an qədim Praqanın əfsanələri ayılır. Bu fakt həqiqətdir, ya da uydurma? Qədim Praqanın küçələrində əfsanələrin mifik canlılarına rast gəlmək mümkündürmü? Hansı qədim və mistik sirləri bu şəhər qoruyur? Həmin suallara cavablarını ötən il Praqaya səyahət edən məşhur Azərbaycanlı fotoqraf Aydın Sadıxov fotoqrafiya vasitəsilə verməyə çalışdı.

Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Dillər Universitetində martın 6-da Aydın Sadıxovun "Qədim Praqanın əfsanələri və tarixi" fotosərgisinin açılışı keçiriləcəkdir.

Sərgidə təqdim olunan qədim binaların, küçələrin, qotik kilsələrin, mistik abidələrin fotoşəkilləri şəhərin tarixi ruhunu hiss etməkdə bizə yardım edəcəklər. Fotoşəkillər bizə qədim Yozefov məhəlləsinin tarixi, Qolem və onu yaradan Rabbi Lev tərəfindən məskunlaşdığı yer kimi təqdim olunmuş "Stara-Novaya” sinaqoq, öldürülmüş rahibənin əfsanəsi və digərləri haqqında danışacaq.

Sərgidə biz Kampa adasının Su adamı, Əlkimyaçılarının laboratoriyasını, Dəmir adamı - Yahim Berkanın ruhuna həsr olunmuş məşhur heykəlini görəcəyik və əfsanəvi Karlov körpüsündə gəzəcəyik. Bundan başqa indiyə qədər gecə saatlarında Praqanın küçələrində atla gəzən başsız tampliyer-cəngavərin haqqında əfsanə ilə tanış olacağıq.

Fotosərginin açılışı saat 11:00-da baş tutacaq.