XƏBƏRLƏR

ADU-nun tələbələri 129 saylı məktəbdə Xocalıya həsr olunan tədbir keçiriblər - VİDEO

01 mart, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin 417-ci qrup tələbələri metodist Elnurə Əliyevanın rəhbərliyi altında Bakı şəhəri 129 saylı tam orta məktəbdə pedoqoji praktika zamanı Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir təşkil ediblər.

Tədbirdə məktəb rəhbərliyi və ADU-nun Pedaqogika kafedrasının müəllimi Şəfiqə Əliyeva da iştirak edib. Tədbirdən hazırlanmış video-çarxı təqdim edirik. https://www.youtube.com/watch?v=tyK9fY1_HP8