XƏBƏRLƏR

ADU-da Erasmus+ proqramı haqqında təqdimat keçirilib

27 fevral, 2019

Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Erasmus+ proqramı haqqında tələbələrə təqdimat keçirilib.

Təqdimatda universitetin “Erasmus+” layihəsi üzrə koordinatoru İlham Abasov və “Erasmus+” proqramının ölkəmizdəki rəsmi nümayəndəsi Pərviz Bağırov tərəfdaş ölkələrin universitetləri, ümumi şərtlər, lazımi sənədlər, təqaüd paketləri, proqram çərçivəsində perspektivli ixtisaslar üzrə təhsil almaq imkanları barədə ətraflı məlumat veriblər.

Təqdimatda tələbə, müəllim və işçi heyətinin mübadiləsi haqqında müzakirələr aparılıb, eyni zamanda proqrama müraciət etməklə bağlı tələbələrə qaranlıq qalan məqamlara aydınlıq gətirilib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.