ADU-nun tələbəsi dünyasını dəyişib
26 fevral, 2019
Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin I kurs (103b qrup) tələbəsi, 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
Baş vermiş faciəli hadisə ilə bağlı Azərbaycan Dillər Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti adından Aytən Camalovanın yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir arzulayırıq. Allah rəhmət eləsin!