Filologiya və jurnalistika fakültəsi “Xocalı soyqırımını unutma!” adlı tədbir keçirib

Filologiya və jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Xocalı soyqırımını unutma!” adlı dəyirmi masa keçirilib. Açılış nitqi ilə çıxış edən Filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti icra edən fil.f.d. Aygün Yusifova Azərbaycan xalqının hər il fevral ayının 26-nı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdiyini bildirib.
ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev, dos. Namiq Əsədov, filologiya üzrə fəlsəfə doktoru, dos. Şəhla Nağıyeva, Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı, pedaqogika üzrə fəlsəfə doktoru Afət Nemətova və tələbələr - Sevinc Mustafayeva, Sevinc Məsimova, Nuranə Əhmədova çıxış edərək Xocalı soyqırımı haqqında tarixi faktlara əsaslanan məlumatlar verib, faciənin bəşəriyyətin üzləşdiyi ən qanlı soyqırımlardan olduğunu bildiriblər. Çıxışçılar eyni zamanda soyqırımın qiymətləndirilməsi prosesindəki tarixi ədalətsizlikdən söz açıblar.





























