XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetinin tələbələri Mingəçevir şəhərində pedaqoji təcrübə keçirlər

22 fevral, 2019

Azərbaycan Dillər Universitetinin  bir qrup tələbəsi Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Mirsadiq Cəfərovun rəhbərliyi ilə  Mingəçevir şəhərində pedaqoji təcrübədədirlər. Fevralın 21-də təcrübə rəhbəri M.Cəfərov  Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbin şagird və təcrübədə olan tələbələr ilə “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirib. Tədbirdə Azərbaycanın Dövlət müstəqilliyi qazandıqdan sonra  azərbaycançılığın iqtisadi, sosioloji və politoloji aspektləri önə çəkilib. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması, turançılıq, islamçılıq, eləcə də 18 iyul 2001-ci il tarixli fərmanla latın qrafikalı Azərbaycan əlifbasının bərqərar olması milliliyimizin, azərbaycançılığın  çox mühüm bir amili kimi qiymətləndirilib.