Tələbələr rektor haqqında yazırlar - dost, sirdaş: onu hansı tələbə sevməz ki?! - ŞƏRHLƏR
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın bir neçə gün öncə universitetin tələbələri ilə görüşündən, qış imtahan sessiyası ilə bağlı tələbəyönümlü qərarlarından sonra “instagram” və “facebook” sosial şəbəkələrində tələbələr və istifadəçilər öz təəssüratlarını bölüşüb, verilmiş qərarlara münasibətlərini bildiriblər.
Sözügedən yazıları təqdim edirik:
Rəhilə Abdullayeva: “ADU-da imtahan müddətinin vaxtı 2 saatdan 3 saata qədər uzadıldı. Kamal müəllim kimi rektoru hansı tələbə sevməz ki?! Bununla bərabər bir neçə yeni qərarlar da qəbul olunub ki, onlar da tələbələrin xeyrinə olacaq”.
Sevinc Səfail: “Universitetlər arasında ən yaxşı rektor sorğusu keçirilsə, Kamal Abdulla 1-ci yeri tutar. Tələbələrin dostu, sirdaşı və hər zaman tələbələrin yanında olan bir rektordur. Və yaşayan tarixdir Kamal müəllim. Çoxdandır bir arzum var idi. Bu arzum Kamal müəllimlə şəkil çəkdirmək idi. Bu gün bu arzuma çatdım. Kamal Abdulla ədəbiyyatımıza yeni nəfəsdir. Ədəbiyyatımızda postmodernizm cərəyanında dəyərli əsərlər yazmış yazıçımızdır. Deməli, bu gün dəyərli rektorumuz biz tələbələri başına yığıb şikayət, təklif və çətinliklərimizi dinlədi və hər zamankı kimi yanımızda oldu. Mən Kamal Abdullanı “ADU-nun çiçəklənən dövr qurucusu” adlandırardım. Üzərimizdə haqqı çoxdur. Yaxşı ki, varsınız, Kamal Abdulla!”.
Zümrüd Səfərova: “Yaxşı insan, savadlı müəllim, gözəl rəhbər, tələbələrin sevimli rektoru, dost kimi dost Kamal müəllimdən doğrudan da yoxdur”.
Sənubər Qəmbərova: “Bu insan illərdir sanbalını və hörmətini qorumağı bacarır! Əsl idarəetmə adamı”.
Mehman Cəfərli: “Mənə dərs deyib. Çox gözəl insandır”.
Paşa Səfərov: “Rektor belə olar”.
İmran Seyidzadə: “Bir ADU fərqi”.
Nazilə Muradova: “Məndən qəbul imtahanı götürüb. Cavan idi onda. O vaxt da tələbələrin qayğısına qalırdı. Uğurlar, Kamal müəllim”.
Ramazan Alisoy: “Keçmiş BSU tələbələr təsdiqləyər rektorluq işini əla apardığını”.
Elza İbadova: “Kamal müəllimdən yoxdur, olmayacaq da. Sevinirəm ki, az müddətdə də olsa, BSU-nu onun rəhbərliyi dövründə oxumuşam”.