Tələbə Elmi Cəmiyyəti Şekspirə həsr olunan dəyirmi masa keçirib
Tələbə Elmi Cəmiyyəti (TEC) və Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi “Uilyam Şekspirin həyat və yaradıcılığı” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə TEC əməkdaşları, Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova, müəllim və tələbələr iştirak edib. Tədbiri Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Lamiə Muğalova giriş sözü ilə açıq elan edib.
O, xarici ölkə ədəbiyyatı nümayəndələrinin Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin tələbələri tərəfindən öyrənilməsini vacib faktor kimi diqqətə çatdırıb. Daha sonra Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin 360a qrup tələbələri Yəhyazadə Nigar və Rəhimova Aytən Uilyam Şekspirin həyat və yaradıcılığına və Uilyam Şekspirin əsərlərinin Azərbaycan dilinə müxtəlif dövrlərdə edilmiş tərcümələrinin müqayisəsinə dair çıxışlar edib. Daha sonra tədbirin qonaqları yazıçı Tural Cəfərova, şair-tərcüməçi Qismət Rüstəmova və rejissor Gümrah Ömərə söz verilib.
Tədbirin qonaqları çıxış edən tələbələrə suallar verib və mövzuya dair bir çox məsələlərə aydınlıq gətirib. Onlar tərcümə fakültəsində təhsil alan tələbələr üçün tədbirin əhəmiyyətindən bəhs edib. Tədbir tələbələrin qonaqlara sualları və fakültənin müəllimi Qılıncxan Bayramovun mövzu ətrafında çıxışı ilə yekunlaşıb.
Sonda Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Lamiə Muğalova iştirakçılara, qonaqlara, tələbə və müəllim heyətinə təşəkkür edib.