Bakı Amerika Mərkəzində videokonfrans təşkil olunub

Dekabrın 19-da Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzində Beynəlxalq əlaqələr departamenti və Beynəlxalq münasibətlər fakültəsinin xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə "Natolin şəhərində yerləşən Avropa Kolleci ilə məlumat görüşü: akademik təkliflər və mövcud təqaüdlər" (“Infomation meeting with the College of Europe in Natolin: academic offer and available scholarships”) adlı videokonfrans təşkil olunub.
Tədbirin Kommmunikasiya və İnsan Resursları şöbəsinin direktoru Mattia Filippin təmsil etdiyi universitet haqqında ətraflı məlumat verib, tələbələrin çoxsaylı suallarını cavablandırıb. Görüşdə tələbələrlə yanaşı müəllimlər də fəal iştirak edib.
Təqdimat başa çatdıqdan sonra ERASMUS+ mübadilə proqramı çərçivəsində müəllimlərimizin həmin proqramda iştirak etmə imkanları müzakirə olunub. Bununla yanaşı ikili diplomlar və yay məktəblərində təhsil mövzusunda müzakirələr aparılıb. Görüşdə eyni zamanda ADU-nun məzunu və hazırda həmin universitetdə çalışan Nərgiz Abdullayeva da iştirak edib.









