XƏBƏRLƏR

ADU-nun professoru Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib

20 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri professor Sərxan Abdullayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib.

Üzvlük akademiyanın idarə heyətinin qərarına əsasən həyata keçirilib. Professor Sərxan Abdullayevə akademiya üzvlüyünü rəsmiləşdirən diplom da təqdim olunub.

Qeyd edək ki, Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasının dilini, mədəniyyətini, tarixini, ədəbiyyatını öyrənmək, araşdırmaq və təbliğ etmək məqsədi ilə yaradılan beynəlxalq qurumdur.

Akademiyanın əsas qurucu ölkələri Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikalarıdır.