XƏBƏRLƏR

ADU kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

12 dekabr, 2018

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.

Dekabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU)  kollektivi Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Universitetin rəhbərliyi, eləcə də müəllim və tələbə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.