XƏBƏRLƏR

ADU-da “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib

11 dekabr, 2018

Azərbaycan Dillər Universitetində Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Dillər Universitetinin Gənclərin İntellektual İnkişafı Mərkəzi İctimai Birliyi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib. Ali təhsil müəssisələri arasında ilk dəfə keçirilən çempionat Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

2 turdan ibarət olan yarışda 32 ali təhsil müəssisəsi iştirak edib. Oyun zamanı iştirakçılara müxtəlif bölmələr üzrə suallar verilib. Tələbələr sualları cavablandıraraq öz biliklərini sınayıb və komandada aktiv fəaliyyət göstəriblər.

Final oyunu 4 komanda arasında oynanılıb. 1-ci yeri Azərbaycan Tibb Universiteti, 2-ci yeri Milli Aviasiya Akademiyası, 3-cü yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 4-cü yeri isə Bakı Avrasiya Universiteti tutub.

 Ramilə Yusifova,

Filologiya və Jurnalistika fakültəsinin II kurs tələbəsi