XƏBƏRLƏR

Pasternakın ev muzeyinin direktoru ilə görüş keçirilib

06 dekabr, 2018

Filologiya və jurnalistika fakültəsinin nəzdində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının təşəbbüsü ilə rusiyalı dilçi alim, Lomonosov adına Moskva Dövlət Universitetinin Fransız dilçiliyi kafedrasının professoru və B.Pasternakın ev muzeyinin direktoru ilə görüş keçirilib.

Görüşdə ADU-nun müəllim-tələbə heyəti ilə bərabər digər universitetlərdən də fransız dili müəllimləri iştirak ediblər. Dəyirmi masa arxasında müzakirə olunan mövzular fransız dilinin tədrisində yeni innovativ metodlar və onlardan istifadə üsullarına həsr olunub. Görüş zamanı fransız dilinin tədrisi ilə bağlı müəllim və tələbələri maraqlandıran digər məsələlər barəsində də müzakirələr aparılıb. Xanım Pasternak ona ünvanlanan sualları ətraflı cavablandırıb.

Daha sonra Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla qonaqla görüşüb, universitetimizə gəldiyi üçün müəllim və professor heyəti adından ona təşəkkürünü bildirib.

Rektor Azərbaycan Dillər Univeriteti ilə Moskva Dövlət Universiteti arasında elmi əməkdaşlığı yüksək qiymətləndirib və belə görüşlərin tez-tez keçirilməsini arzulayıb.