XƏBƏRLƏR

Tarixdə bu gün - tələbə Ramilə Yusifovanın təqdimatında

19 noyabr, 2018

“Tarixdə bu gün” rubrikası Filologiya və Jurnalistika fakültəsinin II kurs tələbəsi Ramilə Yusifovanın təqdimatında

19 noyabr:

1917 — Hindistanın məşhur siyasi xadimi İndira Qandi anadan olub.

1935 – Azərbaycan Dillər Universitetinin rektorlarından biri olan Zemfira Nadir qızı Verdiyeva anadan olub.

1993 – SSRİ-nun məşhur kinorejissoru Leonid Qayday ölüb.

1816 — Varşava Universiteti təsis edilib.

1946 — Əfqanıstan, İslandiya və İsveç BMT üzvlüyünə qəbul ediliblər.

1900 — Bakı əhalisi və polisin fəaliyyətindən bəhs edən "Bakı camaatının həyatı və Böyük Knyaz prospekti ilə hərəkəti" filmi ilk dəfə nümayiş olunub.

1946 — BMT irqi və dini ayrı-seçkiliyi pisləyən qətnamə qəbul edib.

1969 — Əfsanəvi futbolçu Pele Rio de Janeyronun Marakana stadionunda 1000-ci qolunu vurub.

1979 — SSRİ-də ilk sürət qatarı (200 km/saat) Moskva-Leninqrad reysi ilə hərəkətə başlayıb.

1987 — 1931-ci il istehsalı olan "Bugatti Royale" hərrac yolu ilə avtomobil tarixində o dövrə qədərki ən baha qiymətə — 5,5 milyon dollara satılıb.

1493 — Xristofor Kolumb Puerto-Riko adasını kəşf edib.

1977 — Misir prezidenti Ənvər Sadat İsrailə səfər etmiş ilk ərəb lideri kimi tarixə düşüb.

1985 — ABŞ prezidenti Ronald Reyqan Cenevrədə SSRİ lideri Mixail Qorbaçovla görüşüb.

1996 — Azərbaycan Respublikası Kot-d’İvuar ilə diplomatik əlaqələr qurub.

2008 — Haaqada "Azərbaycanın Holland dostları" cəmiyyəti təsis edilib.