“İtaliyada təhsil imkanları” haqqında təqdimat
Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi 17-19 oktyabr tarixlərində müvafiq olaraq universitetin hər iki tədris binasında mərkəzin xaricdə təhsil proqramı çərçivəsində “İtaliyada təhsil imkanları” haqqında təqdimat keçirib.
Təqdimatda universitetin bakalavr pilləsinin III və IV kurs tələbələri iştirak edib.
İtaliyada magistratura və təqaüd imkanları haqqında geniş məlumat verilib. Azərbaycan Dillər Universitetinin tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov Dil və Tərcümə Xidmətləri mərkəzi haqqında tələbələrə məlumat verib.
Dil və Tərcümə Xidmətləri Mərkəzinin rəhbəri dosent Fialə Abdullayeva, mərkəzin direktor müavinləri Elçin Hüseynov və Orxan Həsənov Dil və Tərcümə Xidmətləri Mərkəzinin fəaliyyəti haqqında ümumi məlumat veriblər.
Sonda tələbələri maraqlandıran suallara cavab verildi.