XƏBƏRLƏR

ADU-da "Sən yadıma düşəndə" adlı tədbir keçirilib

06 aprel, 2018
Aprelin 6-da Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Yazarlar Klubunun təşkilatçılığı ilə "Sən yadıma düşəndə" adlı tədbir keçirilib.
 
Tədbirdə tələbələr "Sən yadıma düşəndə" essesini təqdim edib, "Ata, söz vermişdin mənə", "Dərdi qədər darıxır", "Bu xəyanət deyilmi?" şeirlərini səsləndiriblər.
 
ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev tədbirin təşkili, eyni zamanda tələbələrin fəal iştirakına görə Yazarlar Klubunun üzvlərinə təşəkkürünü bildirib.