XƏBƏRLƏR

“Ardıcıl tərcümə” müsabiqəsi

25 aprel, 2018

Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi nəzdində German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ardıcıl tərcümə” müsabiqəsi keçirilib.

Tərcümə Araşdırmaları Elmi-Tədqiqat Laboratoriyasının müdiri professor Q.Bayramov Ümummilli lider Heydər Əliyevin ömür yolu və fəaliyyəti barədə qısa məlumat verib.

Müsabiqədə alman və ingilis dillərinin tərcüməsi ixtisası üzrə təhsil alan III və IV kurs tələbələri iştirak ediblər. Tələbələrə Tərcümə Araşdırmaları ETL-nın elmi işçisi Sabir Əliyev və German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının laborantı Rahibə Əliyeva Heydər Əliyevin “Neft strategiyası” adlı kitabından Azərbaycan, ingilis, alman dillərindən müxtəlif nitqlər oxuyub və verilən mətnləri ardıcıl tərcümə ediblər.

Müsabiqədə Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin 361b qrup tələbələri Çinarə Salahova I, Nərgiz Allahverdiyeva II, Samirə Kəlbəliyeva isə III yerə layiq görülüb. Müvafiq olaraq, tələbələri hazırlaşdıran kafedranın müəllimləri Sevda Həsənova I və II yerlərə, Təranə Məmmədova isə III yerə çıxıb.

Qaliblər Müəllim Həmkərlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb.

Müsabiqədə fəal iştiraklarına görə fakültənin 365-ci qrup tələbəsi Nərmin Xudiyeva, 462b qrup tələbəsi Elməddin Ramazanov, 362a qrup tələbəsi Şəbnəm Məmmədli, 363-cü qrup tələbəsi Rasana Qasımova sertifikatlarla təltif olunublar.                                                   

German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası