XƏBƏRLƏR

ADU-nun müəllim və tələbələri Nic qəsəbəsində layihə ilə çıxış ediblər

21 may, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, Psixologiya kafedrasının müdiri, dosent Əzim Əliyev, Linqvodidaktika kafedrasının dosenti Gülbəniz Camalova, eyni zamanda adıçəkilən kafedraların müəllim heyəti Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbə səfər ediblər.

 Məktəbdə Prezident İlham Əliyevin “Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı ilə bağlı tədbir keçirilib. Tədbirdə multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı istiqamətində həyata keçirilən  layihələr müzakirə olunub.

Tədbirdə Nic qəsəbəsinin 3 saylı tam orta məktəbinə ezam olunan tələbələrdən Gülnarə Cəfərova, Qiymət Musayeva, Nahidə Alışanova və digərləri multikultural, tolerant dəyərlər və milli-mədəni müxtəliflik barədə ətraflı çıxış ediblər.