XƏBƏRLƏR

Dillər Universiteti nəzdində Konfutsi İnstitutu turizm sahəsində əməkdaşlığı genişləndirir

07 iyun, 2018

İyunun 7-si Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda  Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çinlə Azərbaycan arasındakı turizm əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaranmasının vacibliyini vurğulayaraq,  ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov Çin bazarında Azərbaycanın turizm məhsulunun və Azərbaycan bazarında Çin turizm məhsulunun qarşılıqlı iştirakını,  dövlətlərimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində turizm xidməti keyfiyyətinin artırılmasının əhəmiyyətini vurğulayıb. Sonra turizm sektoru üzrə peşəkar kadrların hazırlanması istiqamətində, turizm təşkilatlarının əməkdaşları arasında iş təcrübəsi mübadiləsinin aparılması sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.