XƏBƏRLƏR

ADU müəllimi Azərbaycan Universitetində ustad dərsləri keçib

05 iyun, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsi nəzdində Linqvokulturologiya kafedrasının baş müəllimi Dinara Muxtarova “Society and Social Behaviour” (Cəmiyyət və Sosial davranış) fənnini tədris etdiyi 313A və 313B qrup tələbələri ilə birlikdə Azərbaycan Universitetinin (AU) tələbələrinə ustad dərsi keçib.

ADU və AU arasında universitetlərarası əlaqə yaratmaq məqsədi ilə keçirilən dərsdə cəmiyyətdə ailə problemləri, Şərq və Avropa ailələrinin oxşar və fərqli cəhətləri müzakirə olunub.

D.Muxtarova keçirilən dərsin mahiyyəti və məqsədindən danışıb.

AU-nun rektoru Səadət Quliyeva, kafedranın müdiri professor Məsməxanım Qazıyeva dərslərin universitetlər arasında əlaqələri inkişaf etdirəcəyini əminliklərini ifadə ediblər.

Daha sonra tələbələrin iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb.

Şərq və Avropa ailələrinin həyat tərzlərini əks etdirən təqdimat və “Qaynana” filmindən səhnəcik göstərilib. 313-B qrup tələbəsi Miriş Fəttayevin ilk dəfə işıq üzü görən “Qələmim xatirədir” kitabının təqdimat mərasimi keçirilib və müəllif ailə mövzusunda şeir söyləyib.

Tədbir “Mehribanlıq səadətdir” mahnısını oxuması ilə başa çatıb.