
Azərbaycan Dillər Universitetində Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə ingilis dili ixtisası üzrə təhsil alan tələbələr tərəfindən Şekspirin “On ikinci gecə” əsəri səhnələşdirilib.
Tamaşa Xarici dillər kafedrasının müdiri dosent Tamilla Əmirova, kafedranın baş müəllimi Rəmziyə Abbasova və dosenti Gülmar İsrafilova tərəfindən hazırlanıb.
Xarici dillər kafedrasının müdiri tədbiri açıq elan edib, tamaşa haqqında qısa məlumat verib. Tələbələrin uğurlu çıxışından sonra tədris işləri üzrə prorektor professor Əfqan Abdullayev tamaşa haqqında fikirlərini bildirib, tədbirin təşkilatçılarına və tələbələrə təşəkkür edərək belə maraqlı tamaşaların hər il səhnələşdirilməsini tövsiyə edib.