XƏBƏRLƏR

ADU-da “Multikulturalizm siyasətinin prinsipləri və Azərbaycan” mövzusunda seminar keçirilib  

29 may, 2018
Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Multikulturalizm siyasətinin prinsipləri və Azərbaycan” mövzusunda seminar keçirilib. Seminarda Təhsil, Filologiya və jurnalistika fakültələrinin tələbələri iştirak edib. Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli seminarın mövzusunun əhəmiyyətindən, Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dosent Əmralı Şirəliyev multikulturalizmin mahiyyətindən söz açıb. Kafedranın baş müəllimləri Nuriyyə Əliyeva “Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir”, Raya Həsənova “Multikulturalizm siyasətinin prinsipləri və Azərbaycan”, Jalə Seyidzadə “Multikulturalizm Azərbaycan modeli” mövzusunda çıxış ediblər. Filologiya və jurnalistika fakültəsinin 232 qrup tələbəsi Nəcibə Bəbişova Azərbaycanda azsaylı xalqların mədəniyyətlərinə olan qayğının əhəmiyyətindən, Təhsil fakültəsinin 304b qrup tələbəsi Aytəkin Tahirova Talış xalqının yaşayış tərzindən danışıblar. Tədbir müzakirələrlə davam edib.