XƏBƏRLƏR

Ankara Universitetinin əməkdaşları ADU-da olub

25 may, 2018

Türkiyənin Ankara Universitetinin nümayəndələri Təhsil fakültəsi, Ölçmə və Dəyərləndirmə üzrə mütəxəssis, dosent doktor Ömər Kutlu, professor doktor Fatma Bıkmaz, professor doktor İhsan Çiçek, professor doktor Necla Türkoğlu Azərbaycan Dillər Universitetində (ADU) olublar.  ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı dosent Vüsalə Ağabəyli qonaqlara universitet haqda ətraflı məlumat verib,  onları burada fəaliyyət göstərən mərkəzlərlə tanış edib.

Daha sonra Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin dekanı Prof.dr. İhsan Çiçek Filologiya və jurnalistika fakültəsinin tyutorları və Biliyin qiymətləndirilməsi və monitorinqi şöbəsinin əməkdaşlarının iştirak etdiyi tədbirdə “Kalite değerlendirmesi” mövzusunda təqdimatla çıxış edib. Görüş qarşlıqlı fikir müdadiləsinin aparılması ilə yekunlaşıb.

Filologiya və jurnalistika fakültəsinin dekanı dosent Vüsalə Ağabəylinin dəvəti ilə Eğitim bilimleri fakültəsi, Ölçme ve Değerlendirme uzmanı Yrd.doç.dr. Ömər Kutlu fakültənin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan 238 a,b,c qruplarının tələbələrinə “Okuduğunu anlama becerisinin geliştirilmesi projesi” mövzusunda ustad dərsi keçib.

ADU-da bir sıra tədbirlərə qatılan Ankara Universitetinin əməkdaşları Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi konfransda iştirak ediblər. Ankara Universitetinin Eğitim Bilimleri fakültəsinin dekanı Prof.dr. Fatma Bıkmaz çıxış edərək öz ölkəsindən Azərbaycana və Azərbaycan Dillər Universitetinə salamlar gətirdiyini və konfrasın fəaliyyətinə uğurlar arzuladığını bildirib.

Daha sonra qonaqlar universitetin Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayevlə görüşüb. Görüş zamanı hər iki universitet arasında gələcəkdə birgə lahiyələrin həyata keçirilməsi müzakirə olunub.