XƏBƏRLƏR

Tərcümə və mədəniyyətşünaslıq fakültəsində “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının təqdimatı keçirilib

05 iyul, 2018

İyulun 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı dosent Bənövşə Məmmədova akademik Kamal Abdullanın ideya müəllifi olduğu kitabın əhəmiyyətindən danışıb. Qeyd edib ki, ensiklopediya  tərcümə tariximizin inkişafında xüsusi rol oynayacaq.

German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayeva ensiklopediyanın ADU-nun rektoru akademik Kamal Abdullanın rəhbərliyi ilə 10 ildən çox müddət ərzində tərtib edildiyini bildirib.

ADU-nun rektorunun Elm və təhsil işləri üzrə müşaviri dosent Seyfəl Həsənov bildirib ki, ensiklopediyanın ərsəyə gəlməsində akademik Kamal Abdullanın titanik zəhməti olub.

Tədbirdə başqa çıxışçılar - Xəzər Universitetinin Humanitar və sosial emlər fakültəsinin dekan müavini Validə Kərimova, Bakı Mühəndislik Universitetinin Tərcümə kafedrasının müdiri Natiq Adilov, “Şəms” Tərcümə Mərkəzinin rəhbəri Nəsimi Həsənov, “Həftə içi” qəzetinin redaktoru Naibə Qurbanova ensiklopediyanın tərcümə sahəsinin inkişafına cidi töhfə verəcəyini bildiriblər.

Tədbirdə ensiklopediya geniş şəkildə müzakirə edilib. Sonda qonaqlara “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabı təqdim olunub.