XƏBƏRLƏR

Cavid Osmanovla görüş keçirilib

01 oktyabr, 2019

Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlının təşəbbüsü və Virtual jurnalistika kafedrasının müəllimi, Avto FM 107.7 Fm radiosunun direktoru və Pro Media Group Şirkətinin icraçı direktoru Cavid Nizami oğlu Neymətzadənin dəvəti ilə Radio və TV aparıcısı Cavid Osmanovun jurnalistika ixtisasında təhsil alan I və III kurs tələbələri ilə görüşü keçirilib.

Görüşdə Cavid Osmanov radioda aparıcılıq təcrübəsindən, peşəkar radio aparıcısı olmağın bir çox incəliklərindən söhbət açıb. Tədbir tələbələrin sualları ətrafında davam edib. Sonda ən yaxşı sual verən iki tələbəyə qonaq tərəfindən mükafat verilib. Tədbirin sonunda Cavid Osmanov tələbələrlə xatirə şəkli çəkdirib.