XƏBƏRLƏR

ADU-da “Bülbül avazı” adlı tədbir keçirilib

15 mart, 2018

Martın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan “Bülbül avazı” adlı tədbir keçirilib. Tədbirdə tələbələr tərəfindən hazırlanan səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib, xalq rəqsləri və mahnılar ifa edilib. Eyni zamanda, tələbələrin hazırladıqları bayram adət-ənənələri ilə bağlı olan müxtəlif oyunlar nümayiş olunub.

Sonda ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb: “Azərbaycan Dillər Universiteti təhsil müəssisəsi olmaqla bərabər bizim üçün bir ailədir. Bu ailədə həmişə səmimi və savadlı mühitin olmasını arzulayıram”.