"Azərbaycan və Slovakiya ilə müqayisədə Fransada ailə mədəniyyəti" mövzusunda videokonfrans
12 mart, 2018
Martın 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Frankofoniya Universitet Mərkəzində “Azərbaycan və Slovakiya ilə müqayisədə Fransada ailə mədəniyyəti” mövzusunda videokonfrans keçirilib.
Matej Bel Universitetinin fransız dili müəllimi François Schmitt və ADU-nun Xarici dillərin metodikası kafedrasının müəllimi Jalə Salmanova tərəfindən təşkil olunan videokonfransda fransızdilli tələbələr və magistrlər iştirak ediblər.