XƏBƏRLƏR

ADU-nun əməkdaşı Fransanın “Akademik Palma” ordeni ilə təltif olunub

25 dekabr, 2017
Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dili kafedrasının müdir müavini, filologiya elmləri doktoru Gülnarə Sadıxova Fransa Respublikasının “Akademik Palma” (Kavaler dərəcəsi) ordeni ilə təltif edilib. Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşe Gülnarə Sadıxovaya ordeni təqdim edib və ona bu yüksək mükafata Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə görə, Fransa ilə Azərbaycan arasında olan mədəni əlaqələrin inkişafında olan xidmətlərinə görə layiq görüldüyünü bildirib. Fransa səfirinə  bu yüksək mükafatla təltif olunduğuna görə təşəkkürünü bildirən Gülnarə Sadıxova bu mükafatı ADU-ya şamil etdiyini deyib. Qeyd edək ki, “Akademik Palma” ordeni 1808-ci ildə Napoleon Bonapart tərəfindən təsis olunub və ilk dəfə bu yüksək mükafatla Paris Universitetinin akademik və professorları təltif olunublar.