ADU-da fransız dili müəllimləri üçün ixtisasartırma kursları təşkil olunub
25 dekabr, 2017

Dekabrın 21-23-də Azərbaycan Dillər Universitetinin (ADU) Frankofoniya Mərkəzi fransız dili müəllimləri üçün “Fransız dili xüsusi məqsədlər üçün – turizm” mövzusunda ixtisasartırma kursları təşkil edib.
Qeyd edək ki, Fransanın Nis Sofia Antipolis Universitetinin müəllimi və Nis beynəlxalq yay məktəbinin direktoru Delfin de Vazier tərəfindən aparılan ADU-nun 16 fransız dili mütəxəssisinin iştirak etdiyi kursun əsas məqsədi fransız dili müəllimlərinin dil bacarıqlarını mükəmməlləşdirmək və fransız dili ixtisasında tədris alan tələbələrə yeni seçmə fənn hazırlamaqdan ibarətdir.





